11-07-2018 [16:51]
"Ötən gün Gəncədə baş vermiş iğtişaşlar həm Azərbaycan qanunvericiliyinin, həm də dini dəyərlərin kobud şəkildə tapdalanmasıdır. Polisə, hüquq-mühafizə orqanları əməkdaşlarına silah qaldırmaq böyük cinayətdir. Din adı ilə edildikdə isə böyük günahdır və faciədir”.
Mia.az xəbər verir ki, bunu lent.az-aaçıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib.
Hacı Şahin Həsənli islamın zorakılıq yox, sülh dini olduğunu xatırladır:"Bizim dinimiz barış dinidir, insanlar arasında sülh yaratmaq üçün göndərilib. Din amilindən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, qardaş qırğınına rəvac vermək böyük cinayətdir. Bəllidir ki, polisə hücum edən, iğtişaş törədən şəxslərin dinlə heç bir əlaqəsi ola bilməz. Azərbaycanın inanclı insanları dövlətçiliyimizin yanındadır. Bu məsələdə hamı birmənalı mövqe ortaya qoyub. Bu cür hərəkətlərin baş verməsində, görünür ki, kimlərinsə marağı var. Ola bilər ki, xaricdəki hansısa qüvvələr Azərbaycanda dini zəmində qarşıdurma yaratmaqda maraqlıdırlar. Buna qətiyyətlə yol vermək olmaz. Çünki bu həm dinə, həm də dövlətə qarşı xəyanət hesab oluna bilər”.
""Ya Hüseyn” şüarları ilə polisə hücum edilməsini necə qiymətləndirirsiniz” – sualına həmsöhbətimizin münasibəti birmənalıdır. Hacı Şahin Həsənli deyir ki, İmam Hüseynin (ə) adını çəkməklə hər hansı bir zorakılıq törətmək şiəliyə qarşı ciddi hörmətsizlikdir:
"Tarix boyu Azərbaycanda 2 ənənəvi məzhəb olub, şiəlik və sünnilik. Bu iki məzhəb nümayəndələri, ardıcılları hər zaman qardaş kimi yaşayıb. Bunlar Azərbaycanın dövlətçiliyini möhkəmləndirən ən əsas amillərdəndir. "Ya Hüseyn” şüarı zorakılıq törətmək üçün deyil. İmam Hüseyn əleyhissəlamın özü zorakılığa məruz qalıb. Onun özü günahsız yerə öldürülüb. İmam Hüseyn əleyhissalamın adını çəkməklə hər hansı bir zorakılıq törətməyin özü Kərbəla ideyasına ciddi hörmətsizlik sayılır. Hesab etmirəm ki, bunu edənlər Azərbaycanın şiə mənsəbinə mənsub insanlardır. Gəncə əhalisi həmişə əhli beytə sadiqliyi ilə seçiliblər. Eyni zamanda Azərbaycan dövlətçiliyinə bağlı insanlar olub. Şiəlik Azərbaycana kənardan gəlməyib. Ölkəmizin əsrlərdir ki, yaşatdığı inanclar, dəyərlər sistemidir. Həmin inanclar sisteminə bu şəkildə davranış sərgiləmək qətiyyən yolverilməzdir”.
Ötən gün Gəncə Şəhər İcra Hakimiyyəti önündə baş verən qanlı hadisədə həlak olanlardan biri Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazılar Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, "Lefortovo” məhbusu Seyid Tahir Qarabağinin qardaşıdır. Hacı Şahin Həsənlidən baş vermiş hadisədən sonra Seyid Tahirlə əlaqə saxlayıb başsağlığı verib-vermədiyini soruşduq.
"Elə gecə ilə əlaqə saxladıq. Başsağlığı verdik. Ümumiyyətlə, kimə qarşı törədilməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşının günahsız şəkildə qətlə yetirilməsi yolverilməzdir. Bu, böyük faciədir. Baş verənləri nəinki dini şüarla, heç insani dəyərlərlə də əlaqələndirmək mümkün deyil. Ona görə də Gəncədə baş verən hadisələrə ciddi şəkildə üzülürük və münasibətimizi ortaya qoyuruq”.
Hacı Şahin Həsənli Gəncədəki dindarlara da çağırış edib: "Gəncədəki dindarları, inanclı insanları ayıq-sayıq olmağa dəvət edirəm. Hər hansı təxribata uymasınlar. Mən bilirəm ki, Gəncədəki inanclı insanların mütləq əksəriyyəti bu hadisələri pisləyir. Özüm də onlarla insanla əlaqə saxlamışam. Onlar da baş verənləri pislədiklərini söyləyiblər. Baş verənlərlə heç bir əlaqələrinin olmadığını qeyd edirlər. Ötən gün baş verən iğtişaşları hansısa məhdud bir qrup törədib. Gəncənin inanclı insanları buna qarşıdır. Bir daha Gəncədəki inanclı insanlara müraciət edirəm ki, daha da ayıq-sayıq olsunlar, bu məsələ ilə bağlı öz kəskin mövqelərini ortaya qoysunlar”.
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində