"Elmar Vəliyevin ölümünü istəyən adamlara Allah lənət etsin" - Baş nazirin keçmiş müavini

img

09-07-2018 [16:59]


"Elmar Vəliyevə qarşı edilən silahlı hücum dövlətimizə qarşı atılan addımdır". 

Mia.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycanın Baş nazirinin sabiq müavini Abid Şərifov bildirib.

A.Şərifov deyib ki, Elmar Vəliyev yaradıcı insandır: "Elmar Vəliyev Gəncəni yenidən qurub yaradıb. Mənim ona böyük hörmətim var. İnşallah sağ-salamat qayıdıb öz yerinə gələcək. Onun ölümünü istəyən adamlara Allah lənət etsin".

Baş nazirin sabiq müavini qeyd edib ki, Elmar Vəliyevə qarşı edilən silahlı hücum terror hadisəsidir: "Əgər dövlətə qarşı bu cür terror hadisəsi baş verirsə, bu, hər şeyə qarşı deməkdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA