"Vladimir Putinlə Donald Trampın görüşü heç nəyi dəyişməyəcək" - Deputat

img

09-07-2018 [14:58]


Vladimir Putinlə Donald Trampın görüşü heç nəyi dəyişməyəcək.

Bu sözləri  Putinlə Trampın gözlənilən görüşünü şərh edən millət vəkili Asim Mollazadə deyib.

"Trampla Putinin görüşündə əsasən gərgin bölgələrdəki münaqişələrin həlli ön planda olacaq. Söhbət xüsusən də Yaxın Şərq, Suriya və Ukrayna ilə bağlı aparılacaq müzakirlərdən gedir. Ancaq tərəflərin hansısa ortaq məxrəcə gələcəyini, ümumiyyətlə, görüşün yekununda fövqəladə irəliləyişin və güzəştlərin olacağını düşünmürəm. Çox güman ki, bu görüşdən sonra hər iki ölkə əvvəlki siyasətini bundan sonra da davam etdirəcək. Nəticədə üstünlük iqtisadiyyatı kifayət qədər güclü olan və belə bir gərgin vəziyyətə tab gətirən tərəfdə olacaq”, - deputat bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ liderləri iyunun 16-da Helsinkidə görüşəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA