Azərbaycanda bu bankların əmlakları hərraca çıxarılır - SİYAHI

img

09-07-2018 [12:54]


Azərbaycan Əmanətlərin Sığortalanması (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğvedicisi olduğu "Bank Standard” QSC, "Texnika Bank”, "Zamin Bank”,  "Deka Bank”, "Bank of Azərbaycan” və "Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakları 45 lot üzrə hərraca çıxarır. 

Fonddan Mia.az-a daxil olan məlumata görə, 7 lot üzrə əmlak 1-ci dəfə, 17 lot üzrə əmlak 2-ci dəfə, 10 lot əmlak 3-cü dəfə, 11 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılacaq:

"Hərraclar iyulun 16-da, 30-da və avqustun 6-da, açıq formada Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A), 1933-cü məhəllə ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 linki vasitəsilə tanış olmaq mümkündür". 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA