Güllələnən icra başçısını bu şəxs əvəz edir - FOTO

img

06-07-2018 [14:15]


Xəbər verdiyimiz kimi, iyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücum nəticəsində güllələnib. E.Vəliyev aldığı ağır güllə yarasından sonra xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev əvəz edir.

Sözügedən xəbəriu Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Aşağı Şorca kəndində anadan olub. 2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib.

Ailəlidir. 3 övladı var.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA