Azərbaycan nefti bahalaşdı - Son qiymət

img

05-07-2018 [23:48]


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,62 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 1,18 dollar dollar/barel çoxdur.

 Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.  FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 78,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,17 dollar/barel çoxdur.  

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 4-də 75,62 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur. 

 Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 4-də 77,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA