DSX Astarada əməliyyat keçirdi - Aralarında iki qadın olan 3 nəfər həbs edildi + FOTOLAR

img

02-07-2018 [15:55]


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Astara rayonu ərazisində əməliyyat keçirib.

DSX-nın mətbuat mərkəzindən Mia.az-a verilən məlumata görə, Astara şəhər sakini, 1998-ci il təvəllüdlü İbrahim Əhmədov 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini, 1987-ci il təvəllüdlü Aynur Abdullayeva saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.

İyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə şəhər ərazisində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini, 1966-cı il təvəllüdlü Xalidə Ağayeva da tutulub.

Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində Cinayət Məsuliyyətinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır, cinayətin digər iştirakçılarının müəyyənləşdiriməsi isti­qa­mətində əməliy­yat-axtarış tədbirləri davam etdirilir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA