Deputat tıxacdan şikayətləndi, spiker belə cavab verdi: "Bu əziyyətləri mən də çəkirəm"

img

29-06-2018 [14:33]


 Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi müzakirə olunub.

Mia.az "Report”a istinadən xəbər verir ki, deputat Fəzail Ağamalı deyib ki, hazırda təmir gedən yol 4 il öncə çəkilib: "Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir: "Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyətləri mən də çəkirəm. O yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir. Bütün bu məsələlər zamanla həll edilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA