Zaqataladan Mingəçevirə gedən marşurut aşdı: 2 ölü, 9 yaralı

img

29-06-2018 [12:34]


Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb.

Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri,54 yaşlı Rəhilə Mikayılova orada ölüb.

Məlumata görə, xəsarət alan iki azyaşlı - 2107-ci il təvəllüdlü Həmzəyeva Əsmanur və 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya şöbəsinə yerləşdiriliblər.

***

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşıb.

Hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.

Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA