Azərbaycanda məhkəmə hakimləri ilə bağlı yeni prosedur - DƏYİŞİKLİK

img

27-06-2018 [16:15]


 Azərbaycanda ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndiriləcək.

"Report”un xəbərinə görə, bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik təklif edilir.

Qanunun 13-cü (Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi) maddəsinə edilən dəyişikliyə əsasən, ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndiriləcək.

Digər hakimlərin fəaliyyəti isə 5 ildə bir dəfədən az olmayaraq qiymətləndirilir.

Dəyişiklik layihəsi Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar sessiyasının sonuncu plenar iclasında müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA