Diaspor rəhbərimizi naqillə boğub, şkafa saldılar - Antalyada şok qətl

img

27-06-2018 [13:41]


Antalyanın Finike vilayətində azərbaycanlı iş adamı Məcid Nuxiyevin cəsədi aşkar edilib.

Bu barədə məlumatı "Hürriyət” qəzeti yayıb. Portağal ticarətiylə məşğul olan Nuxiyevin cəsədi yaşadığı evin yataq otağındakı şkafda elektrik naqiliylə asılmış halda tapılıb.

Polisin ilkin araşdırması zamanı Nuxiyevin 5-6 gün öncə qətlə yetirildiyi bəlli olub.

Qeyd edək ki, Nuxiyev fevral ayından Antalyada yaşayırdı. O, buna qədər Ukraynanın Lvov şəhərindəki Azərbaycan diasporunun rəhbəri olub/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA