25-06-2018 [13:42]
Prezident seçkilərində fəal təbliğat aparan CHP-nin prezidentliyə namizədi Muharrem İncə az əvvəl mətbuat konfransı keçirib.
Mia.az NTV-yə istinadən bildirir ki, o, bir daha məğlubiyyətini etiraf edib: "Əgər ortada rəsmi protokollar varsa, məğlubiyyətini necə etiraf etməyə bilərsən ki?! Bu qədər aramızda açıq fərq var. Demokratiya budur, yarış budur. Uduzduğunu qəbul edə bilmirsənsə, bu, demokratiya ola bilməz. Ərdoğanın qazandığını qəbul edirəm. İstəyirəm ki, o, bir kəsimin deyil, bütün Türkiyənin prezidenti olsun".
İncə deyib ki, 40 ildən sonra CHP ilk dəfə 30 faizlik barajı aşa bilib: "Mən 50 gün içində bu psixoloji barajı aşdım. Düzü, düşündüyüm kimi olmadı. Hesab edirdim ki, İYİ və HDP 12, Səadət isə 3 faiz səs alacaq. Mən isə CHP-nin ənənəvi bazası olan 25 faizi və özümün güclü kampaniyamla 10 faiz əlavə səslə 35 faiz həddi ilə seçkini ikinci tura daşıyacağıq. Lakin digər müxalifət partiyaları gözlədiyimin çox altında səs aldı və bu da Ərdoğanın qalibiyyətinə səbəb oldu. Əgər digər müxaliflər gözləntilərim kimi səs alsaydılar, vəziyyət başqa cür olacaqdı. Və əmin idim ki, ikinci turda qələbəni biz qazanacağdıq".
İncə nədən axşam geniş açıqlama vermədiyinə də aydınlıq gətirib: "Gecə bütün zamanımı dəqiq səsvermənin nəticələrinə həsr etdim. Əlimdə rəsmi sənəd olmadan necə danışa bilərəm? Belə vəziyyətdə xalqı necə küçələrə çağırmaq olar? Belə demokratiya olarmı? Bu 1000-2000 səs fərqi və ya oğurluğu deyil axı. Bəli, belə olsaydı, qabağa düşərdim, xalqı meydanlara dəvət edərdim. Amma dediyim kimi, aramızda səs fərqi çoxdur, 10 milyondan çox...".
İncə Ərdoğanın qalibiyyətini gecə ilə etiraf etməsinə də toxunaraq bildirib ki, kimsə onu təhdid etməyib: "Sosila şəbəkələrdən yayılanlara inanmayın. Mən kimsədən qorxmaram, kimsə də məni qorxuda bilməz. Amma yenə deyirəm, yarışda uduzduğunu qəbul etmək də demokratiyanın qələbəsidir".
İncə CHP sədrliyinə iddialı olacağı haqda söyləntilərə də toxunub. O, bu post uğrunda mübarizə aparıb-aparmayacağını açıq deməsə də, səsləndirdiyi ifadə qarşıda partiyada yeni çalxalanmaların olacağına işarə sayıla bilər: "Təkrar edirəm, mən 40 ildən sonra ilk dəfə CHP-nin 23-25 faizlik psixoloji barajını aşdım. Siyasət günlük deyil, nəfəs tələb edir, uzun nəfəs. Heç nə bitmiş deyil".
İncə Ərdoğanla yenidən görşə biləcəyini də istisna etməyib: "Mən seçkidən əvvəl həm onunla, həm də digər namizədlərlə görüşdüm. Bundan sonra da bu mümkündür. Xahiş edirəm, belə məsələlərdən özəl nəticə çıxarmayın. Biz hər sahədə barışın tərəfdarıyıq".
Onu da qeyd edək ki, konfrans zamanı İncə TRT kanalının əməkdaşlarını zaldan çıxartdırıb: "Mitinqimi göstərməyənlərin burada nə işi var?”.
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı