24-06-2018 [16:26]
Məhəmməd Talıblı
***
Cumhuriyyət tariximizin 100, Elçibəyin 80 illiyini qeyd edən bir ili yaşayırıq. Bir insanın və bir millətin cumhuriyyət tarixindəki yubiley də bəlkə də mistik bir məna yatır. Bildiklərimiz də var, bilmədiklərimiz də…
Bir əsrlik cumhuriyyət tariximizdə bizi təkcə zaman anlayışı birləşdirmir. Cumhuriyyətimizlə bağlı zaman fasiləsi oldu. Lakin bu periodikliyin kəsilməsi cumhuriyyətə sevgini azaltmadı ki, artırdı. Elçibəy də məhz bu zaman fasiləsində yaşadı və o sevginin qəlblərdən çıxmasına imkan vermədi. Daha doğrusu cumhuriyyətlə bağlı rabitənin kəsilməməsi üçün dissident yolunu ağır bədəllər ödəmək hesabına belə könüllü seçdi. Elçibəy təkcə zamanlararası bir vasitəçilik missiyasını yerinə yetirmirdi, həm də zamanı qabaqlayacaq düşüncə sisteminə malik olduğunu da sübut etdi. Zamanın üstündə olan bir insan kimi…
Mənə görə zaman daha çox kəmiyyət ölçüsü yox, keyfiyyət ölçüsüdür. Eyni zaman kəsiyində yaşayıb zamanı fərqli keyfiyyətləndirənlər olur. Düzdür, zamanla gələn inkişaf xüsusiyyətləri də var. Zəmanə adamları da var. Özünü zamana sığışdıranlar və ona uyğunlaşdıranlar var. Zamana tabe olanlar da həmçinin. Zamandan geri qalanlar da çoxdur. İnkişafı zamanla əldə edənlər var. Bir də zamana tabe olmayan onun üstündə olanlar var. Onlar zamanüstü insanlardır. Belələri çox olmur.
İstisnalarla seçilmişlər bu rəfdə yer alır. Onların bəzən zamana sığmayan ömür yolları da olur. Zamanla ayaqlaşmayan addımları həmçinin. Zamanın təsiri altında yox, onun üstündə olaraq sabaha proyeksiallaşnmış cahanşümül ideyaları olur. Bu mənada çox zaman dahiləri zəmanələrində dərk olunmayanlar adlandırırlar. Zəmanəsini qabaqlayan və onu fərdi düşüncə miqyasına görə israrla irəli aparanlar var. Onlar zamana işləyirlər. Zamanları da bəzən özlərinə işlətməyi də bacarırlar. Bu mənada Elçibəyə daha çox zamanının fövqündə duran bir obrazı diqqəti çəkir.
İç dünyası bu qədər narahat və daxili "müharibələrlə” zəngin bir insan təkcə öz zəmanəsinin yükünü daşımırdı, daha çox gələcək nəslin yükünü də çiyinlərinə almışdı. Ədalətli insanlar belədir: hüquqlarından daha çox, borcları və vəzifələri haqqında düşünər.
Eiçibəy vaxtı çatan ideyalardan danışmırdı. Vaxtı çatacaq ideyaların bizə daha da yaxınlaşdırması üçün nələr etmirdi ki… Gələcək nəslin yükünü öz çiyinləri üzərinə götürüb onu şərəflə daşımaqla bütün cəfalara dözürdü. Dünyanın düz vaxtlarında Bütöv Azərbaycan davasından danışanda çoxları qorxusundan xəstəlik tapırdı. SSRİ zamanında müstəmləkə-metropoliya münasibətlərindən və müstəqillikdən danışan bir insanın haqqı və uzaqgörənliyi əsas verirdi ki, bütöv Azərbaycan ideyasından da danışsın. Bu ideoloji diskusiyalar da yenə ideya müəllifi idi. İndi o sahədə bir ideoloji boşluq və ya "havasızlıq” var. Həmin yeri doldurmağa isə heç bir ideoloq cəsarət etmir.
Nəinki orta əsrlərdə, hətta çağdaş dövrümüzdə belə dövlət rəhbərlərinin təsadüf olmalarını və məhdud düşüncəyə malik olduğunu sübut edən yüzlərlə örnəkləri var. Onların bəzilərinin qüsurlu nitqləri, keyfiyyətsiz təhsilləri və məzmunu olmayan çıxışları ilə yaxın tariximiz zəngindir. Lakin, bununla bərabər onların içərisində orijenal fikir insanları kimi topluma maraqlı gələ bilən dərin fikir istehsalçıları da olub. Elçibəy belələrindən idi.
Siyasətə elm məbədlərindən gəlmişdi. Akademik çevrədə püxtələşmiş, davamlı və geniş mütaliləsi ilə siyasəti nurlaşdıran ruh adamı idi. Siyasətdə əxlaq anlayışı ilk növbədə təltəhşüurumuzda onun adı ilə assosasiya olunur. Qəddarlıq və başkəsənlik peşəsi kimi bizlərə sırınan siyasət elmini, o bizə başqa cür interpretasiya edirdi: xalqın taleyi ilə bağlı olan peşə necə çirkabla dolu peşə ola bilər ki? Çünki, siyasətin mənəviyyat süzgəcindən süzülüb gəldiyini dərk etdiyi üçün onun yolu başqa yol idi. Hətta rəqibləri belə onu siyasətdə incə qəlbi və saf ruhu olan kişi xakarteri kimi simvolizə edirlər. "Elçibəy belə etməzdi” humanizminə indi çirklənən siyasi mühitdə daha çox tamarzı qalmışıq. Müqəddəs nəsnələrlə oyun oynayanları görəndə "Elçibəyin uşaq burni qanatmamasını” təəcüb içində qarşılayırıq. Onun əksini edənlərlə cəmiyyətə müqayisə imkanı verib aramızı tərk etdi. Buyurun, başqa cür arzuladığınız nəsibiniz olsun dedi elə bil…
Elçibəy bir millətin davasın aparmırdı. Millətlərin davasından yana var idi. Lokal maraqların və dar mənafelərin daşıyıcı olması onun ruh dünyasına və düşüncə sisteminə çox yad idi. Dünyaya demokratiya dalğasının sürətlə yayılması hədəfində olan ideoloji bir lider olaraq daha çox yaddaşlarda özünə yer edib. Türk dünyasında populyarlığı da məhz ona daha çox işarədir.
Elçibəy təkcə ölkə prezidenti olmadı. Yalnışlıqları və doğruları ilə bir ilin ziddiyyəti gözümüzün önündə keçdi. Gördüklərimizdən kənarda onun dərin qatda yatan fikir dünyası sadəcə heyranlıq doğracaq həddə idi. Gənclik illərimə təsadüf edən həmin illərin mətbuat çıxışlarında Elçibəyin fəlsəfi yükü olan fikirlərinə xüsusi diqqət edirdim. Ölkəmin rəhbərini daha yaxından tanımaq istəyirdim. Onun düşüncə kateqoriyasını anlamağa çalışırdım. Bu mənada Bəyə hər zaman dərin fikir insanı kimi baxırdım.
Onun adı çəkilən yerdə mənə onun daha çox güclü tərəfi hesab etdiyim fəlsəfi düşüncəsi ön sırada gəlir. Ona görə, onun dilindən eşitdiyim bəzi fəlsəfi fikirləri zaman-zaman yaddaşımın bir güncündə saxlamışam.
Vətənə sevginin qüdrətindən danışanda onun "vətən sevgisi torpağa yox, torpaq üstündəki insanlara duyulan sevgidir” deyirdi. Müstəqilliyin boşqabda bizə verildiyini deyənlərə da tutarlı cavabları da özünü çox gözlətmirdi: "Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq.”
Haqla nahaqqın, xeyirlə şərin davasında mövqeyi də sərrast idi: "Nahaqqın zirvəsi olmaqdansa, haqqın nöqtəsi olmaq yaxşıdır.” Bu fikirlər təkcə fəlsəfi-ideoloji diskusiya da formalaşmış mövqe deyildi. Həm də ölkə başçısı statusuna yüksəlmiş bir insanın haqqa-ədalətə və hüquqa münasibi idi. Şərin xeyiri üstələdiyi bir cəmiyyətdə Elçibəyə borcumuzu açıq-aydın dərk etməliyik. Bu həm də Elçibəyi dərk etməyimizidir!
Əməkdar artist plastik əməliyyat etdirən qadınları "topa tutdu": "Yandan, qobaqdan görüntü, dodaq əcaib..."
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?