"Bravo"nun müdir müavini niyə döyülüb? - Yaxınları təfərrüatı açıqladı

img

22-06-2018 [14:39]


"Bravo"nun işçisinin döyülməsinin təfərrüatları məlum olub.
 
Pənah Ruşanovun yaxınlarının Mia.az-a verdiyi məlumata görə, o, "Bravo"nun "Bülbül Ekspres" filialında satıcı deyil, marketin müdir müavini vəzifəsində çalışır: "Firma işçisi istehsal tarixi olmayan mal gətirib və o da vəzifəsinin tələbinə uyğun olaraq qəbul etməyib. Firmanın işçisi onu dostcasına söhbətə çağıraraq qəfil zərbə ilə başından vurub. Pənahın başı əvvəldən problemli idi, ağrıları olurdu, müalicə ilə yaşayırdı, ona görə başından zərbə dəyən kimi huşunu itirib. Firma əməkdaşı da bundan istifadə edərək huşsuz halda olan adamı döyərək ciddi xəsarət yetirib".
 
Bildirilir ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Lakin axşam saatlarında onun ata-anası xəstəxanaya P.Ruşanovun yanına gələrək, oğlanlarının əvəzindən üzr istəyib, onu bağışlamasını xahiş ediblər: "Pənah Ruşanov yaşlı valideynlərin xahişini yerə salmayaraq şikayət ərizəsini geri götürüb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA