Maştağada bankomatdan pul çıxardan gənclər bıçaqlanıb, biri ölüb

img

21-06-2018 [09:48]


Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report” xəbər verir ki, hadisə 1996-cı il təvəllüdlü Vüqar adlı şəxs "Araz" marketin qarşısındakı bankomatdan pul çıxardan zaman baş verib.

Vüqarın anasının sözlərinə görə, oğlu, 1997-ci il təvəllüdlü dostu Səlimov Kənan Nəsimi oğlu ilə birgə bankomatdan pul çıxardıb evə getmək istəyən zaman, onları naməlum şəxslər arxadan bıçaqlayıblar. Pul Vüqarda olduğundan ona daha çox bıçaq zərbəsi vurulub və o, yerindəcə keçinib.

Hadisəni törədən şəxslər pulu götürərək qaçıblar. Əraziyə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA