Azıq Samirə ilk albomunu təqdim etdi

img

13-10-2011 [04:00]


İlk albomunu jurnalistlərə təqdim edən sənətçi albomunu da məhz "Aşiq" adlandırıb. Albomda müğənninin ifasında lentə alınmış "Misri", "Tello", "Gəl yarım", "İkinci bahar", "Popuri", "Oyna", "Əyləncə", "Səhər-səhər", "Sayadı", "Gəlinimiz", "Sevirsən" və "Yallı" mahnıları daxil edilib. Müğənni albomun ona həyat yoldaşı tərəfindən ad günü hədiyyəsi olduğunu söylədi: "29 sentyabrda 30 yaşım tamam oldu. Görürsüz də yaşımı gizlətmirəm. Bu albomu da prodüser həyat yoldaşım, ömür-gün yoldaşım ad günümə hədiyyə etdi. Sadəcə elə alındı ki, təqdimat bir balaca gecikdi". Albomda müğənninin fərqli geyimlərdə, əsasən milli geyimlərdə çəkdirdiyi fotosessiya yer alıb. Həmişə bağlı geyimlərdə görməyə öyrəşdiyimiz Aşıq Samirənin dekoltedə çəkdirdiyi iki fotoşəkil hamının təəccübünə səbəb oldu. Onun belə fotosessiya etməsinə həyat yoldaşı Rizvanın fikri olması jurnalistləri daha çox təəccübləndirdi. Jurnalistlərin maraqlandıran bu suala Rizvan belə cavab verdi: "Bəli, mənim fikrimcə, fotosessiyanın maraqlı alınması üçün Samirənin belə geyimdə də olması lazımdır. Həm də albomda estrada janrında mahnılar yer aldığından müasir imicdə təqdim olunması normaldır. Əsas odur ki, Samirə özündə güc tapıb buna razılaşdı. Çünki bu onun üçün ilk idi". Prodüser ər Samirənin fərqli, özünəməxsus ifaçı olduğunu bu sözlərlə ifadə etdi: "Bütün müğənnilər aşıq havası oxuya bilir, amma hər aşıq Samirə kimi estrada oxuya bilmir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA