Rusiya XİN: “Qarabağ münaqişəsi Rusiya üçün çox ciddi məsələdir”

img

20-06-2018 [16:28]


 "Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi öz roluna tam sadiqdir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Samara şəhərində təşkil edilən brifinqdə deyib.

"Report"un müxbirinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanlarda Moskvada görüşünün keçirilməsinin mümkünlüyü barədə sualına cavab olaraq Rusiya XİN rəsmisi Rusiyanın münaqişənin həllində istənilən yardımı etməyə hazır olduğunu bildirib.

"Belə planlar (nazirlərin görüşü) olacaqsa, ölkələrin nümayəndələri bu barədə məlumat verəcəklər. Rusiya böhran vəziyyətində olan nizamlama prosesinə effektiv və konstruktiv töhfə verməsi, həmçinin iki ölkə arasında münasibətlərin normallaşması üçün əlindən gələni edəcək. Rusiya üçün bu, çox ciddi məsələdir", - deyə M.Zaxarova vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA