Mübahisə edib xalası oğlunu bıçaqladı

img

20-06-2018 [10:12]


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mia.az "Report"a istinadən xəbər verir ki, Zabrat qəsəbəsinin Yeni Məhəllə ünvanında yaşayan 1986-ci il təvəllüdlü Abdullayev Nicat Mikayıl oğlu evdə şəxsi münasibətlər zəminində xalası oğlu ilə mübahisə edib.

Nəticədə tərəflər arasında dava düşüb və N.Abdullayev bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA