OMON Surqutdakı “sxodka”nı dağıtdı, 10 nəfər həbs edildi - Aralarında azərbaycanlı da var

img

16-06-2018 [15:33]


Rusiyanın Surqut şəhərində "qanuni oğrular”ın "sxodka”sının qarşısı alınıb.

Musavat.com-un yerli telekanala istinadən məlumatına görə, Surqut OMON-u şəhərdəki avtoritetlərin birinin evinə basqın edərək ən azı 10 nəfəri saxlayıb. Saxlanılanlar arasında Piri adlı azərbaycanlı da var.

Məlumata görə, onlar yerli iş adamlarına haqq qoymaqla məşğul imişlər. Əməliyyat zamanı onlardan biri qaçmağa cəhd etsə də, çox da uzağa gedə bilməyib.

Saxlanılanların hamısı Surqut şəhər polisinin təcridxanasına aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA