Media kapitanları Oqtay Əsədova müraciət etdilər

img

05-10-2011 [05:40]


Redaktorlar Birliyində təmsil olunan KİV rəhbərləri Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova müraciət ediblər. MİA-ya daxil olan müraciətdə bildirilir. Hörmətli spiker! Sosial İnformasiya Agentliyi payız sessiyası dövründə əməkdaşının parlamentə akkreditasiya olunması üçün Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə 15 avqust 2011-ci il tarixli məktubla müraciət edib. Milli Məclisin Mətbuat Xidmətindən Sosial İnformasiya Agentliyinə verilən şifahi məlumata görə, sentyabr ayının sonlarında müraciətə baxılsa da, jurnalist Taleh Şahsuvarlı parlamentə akkreditasiya edilməyib. Çox təəssüflə qeyd edirik ki, əvvəlki sessiya dövründə də Sosial İnformasiya Agentliyinin əməkdaşı Taleh Şahsuvarlı hər hansı səbəb göstərilmədən Milli Məclisə akkreditasiya edilməyib və bu problemim həlli üçün onun Sizə ünvanladığı məktublar, o cümlədən akrreditasiyadan imtinanın səbəbləri haqqında yazılı informasiya sorğusu cavabsız qalıb. Redaktorlar Birliyi bu faktı jurnalistin məlumat toplamaq hüququnun pozulması, Sosial İnformasiya Agentliyinin haqsız rəqabətə məruz qoyulması və müstəqil mediyaya qarşı təzyiqin bir növü kimi qiymətləndirir. Xatırladırıq ki, Sosial İnformasiya Agentliyi 2009-cu ilin oktyabrında qeydiyyatdan keçib və həmin vaxtdan etibarən Agentliyə məxsus Axar.az xəbər portalı da fəaliyyət göstərir. Redaktorlar Birliyində təmsil olunan KİV rəhbərləri olaraq Sizdən həmkarımız, Sosial İnformasiya Agentliyinin direktoru Taleh Şahsuvarlının Milli Məclisə akrreditasiya edilməsinə yardım göstərməyinizi xahiş edirik. Müraciəti imzalayanlar: 1) Mehman Əliyev, ?Turan? İA-nın direktoru 2) Rauf Arifoğlu, ?Yeni Müsavat? qəzetinin baş redaktoru 3) Rövşən Hacıyev, ?Azadlıq? qəzetinin redaktor müavini 4) Zaur Əhməd, Müstəqil İnformasiya Agentliyinin baş redaktoru 5) Elbrus Ərud, ?Qafqazinfo? xəbər portalının baş redaktoru 6) Asif Mərzili, ?Təzadılar? qəzetinin baş redaktoru 7) Əvəz Zeynallı, ?Xural? qəzetinin baş redaktoru 8) Rövşən Kəbirli, ?Müxalifət? qəzetinin redaktoru 9) Əli Orucov, ?Millət? qəzetinin baş redaktoru 10) Habil Vəliyev, ?Gündəlik Bakı? qəzetinin baş redaktoru 11) Şirin Cəfəri, ?Gündəm xəbər? qəzetinin baş redaktoru 12) Emin Hüseyn, RATİ-nin sədri

Digər xəbərlər
SON XƏBƏRLƏR