CNN-nin aparıcı müxbiri Umud Rəhimoğlu ilə görüzüb

img

19-11-2011 [01:46]


Bu gün Amerikanın CNN kanalının aparıcı müxbiri Cim Klansi (Jim Clancy) Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Qonağı BAMF sədri Umud Rəhimoğlu və Fondun departament rəhbərləri qarsalayıblar. Görüşdə BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kabir də iştirak edib. U.Rəhimoğlu BAMF-ın yaranması zərurətindən, fəaliyyətindən, həyata keçirilən layihələr barədə qonağa ətraflı məlumat verib. Bununla yanaşı U.Rəhimoğlu Dağlıq Qarabağ problemi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına da qonağın diqqətini yönəldib. Görüşdə Azərbaycanda medianın vəziyyəti, vətəndaş cəmiyyətinin inkişafı və problemləri istiqamətində fikir mübadiləsi də aparılıb. Azərbaycanla bağlı heyranlıqla danışan qonaq ölkəmizə valeh olduğunu gizlətməyib. BAMF-ın müharibədən zərərçəkənlər bağlı layihələri Cim Klansidə böyük maraq doğurub. O, Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qonaq BAMF-ın fəaliyyəti ilə bağlı gələcəkdə bir süjet eləmək fikrinə gəldiyini də deyib. Qeyd edək ki, C.Klansi CNN-nin çəkiliş qrupu ilə bir müddət əvvəl Azərbaycana gəlib. Onlar dünyanın ən nəhəng televiziya kanalında Azərbaycanla bağlı tanıtım yönümlü müxtəlif süjetlər hazırlayıb yayımlayırlar. Xatırladaq ki, U.Rəhimoğlu bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan BMT rəsmisi Andrey Abramovu və C.Klansini Azərbaycan milli musiqisi tanış edibdir. Qonaqlar muğam ifaçıları Azərbaycanın əməkdar artisti Feruz Səxavətin, Qoçaq Əsgərovun ifalarında canlı olaraq muğam parçalarını və xalq mahnılarını dinləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR