Xumar Qədimova depressiyayadadır

img

04-10-2011 [05:25]


Çoxdandır səhnələrdə, efirlərdə görünməyən müğənnilər arasında Xumar Qədimovanın da adını çəkmək olar. Nədənsə, hər kəsdən uzaqlaşan sənətçinin, tamaşaçıların görüşünə yeni imicdə gələcəyi söylənilsə də, ondan nə səs var, nə də soraq. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, səhnəmizin "Kərtənkələ"si son vaxtlar depressiyaya düşdüyü üçün tənhalığa qapılıb. Buna səbəb isə Xumarın sevgilisindən ayrılması olub... Bir müddət öncə kərtənkələ kimi süründüyünü dönə-dönə vurğulayan müğənninin indi həqiqətən də "sürünməsinin" əsl səbəbini nə özü, nə də prodüseri açıqlamır. Çox güman ki, bu, hələ uzun müddət sirr olaraq qalacaq. Amma ümidvarıq ki, Qədimova qədim sirlərdən canını tezliklə qurtarıb, pərəstişkarlarını yeni açıqlamaları ilə sevindirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA