Alızanov kürəkənindən qisas alır

img

04-10-2011 [12:55]


AzTV-nin proqram baş direktorunun müavini Daniyal Aşurbəyov işdən çıxarılıb. Bu barədə AzTV əməkdaşları adından elektron ünvanımıza gndərilən məktubda bildirilir. Məktubda qeyd edilir ki, teleşirkətdə hamının ?Danik? kimi tanıdığı, mühasib-sədr Arif Alışanovun qohumu və sağ əli sayılan D. Aşurbəyovun gedişi çoxlarını təəccübləndirib. Təəccübün səbəbi odur ki, D. Aşurbəyov beş ildir AzTV-də hökmranlıq edən A.Alışanovun aradüzəldənlərindən və pulyığanlarından biri sayılırdı. Vergidən yayındırılan sponsor və reklam pulları, nəğdləşdirilən təmir pullarının bir hissəsi, həmçinin idarə və müəssisələrdən, xüsusən banklardan, idman tədbirlərinin təşkilatçılarından və futbol klublarından qoparılan rüşvətlər sədrə məhz Danikin vasitəsilə ötürülürdü. Deyilənə görə, A.Alışanovun tapşırığı ilə aylıq tərtib edilən saxta maaş cədvəllərinə də bir müddət o nəzarət etmişdir. Təbii ki, burada ailəvi yaxınlıq da xüsusi rol oynayırdı, çünki D. Aşurbəyov Alışanovun Aynur adlı ( o, AzTV-də ingilis dilində xəbər oxuyur) qızının qaynı idi. AzTV-də yayılan məlumatlara görə, D.Aşurbəyov alış-verişi yaxşı bilən mühasib-sədrdən 67 min manat pul gizlətdiyi üçün işdən çıxarılıb, lakin teleşirkətdəki mənbə bu gedişin başqa səbəblərlə bağlı olduğunu izah edib. Mənbə bildirib ki, Danikin kiçik qardaşı -Fərid Aşurbəyov 5-6 aydır ki, həyat yoldaşını boşayıb.Yaxınlarının təkidlərinə, Alışanovların pul və bahalı maşınla şirnikləndirmələrinə, bu baş tutmadıqda isə, davamlı həbslə qorxutmalarına baxmayaraq, Fərid inadından dönməyib. O, geriyə yolun bağlandığını və bu ailə ilə qohumluğun mümkün olmadığını deyib. Kürəkənin ram olmadığını görən A.Alışanov da çox sevdiyi qisas variantına əl ataraq əvvəlcə D.Aşurbəyovun vəzifəsini aşağı endirib, sonra isə tamamilə işdən çıxarıb. Amma uzun illərdir gördüyü qara işlərin üstünün, nəhayət bir gün açılacağından xoflanan mühasib-sədr Danikə xəbərdarlıq da edib ki, televiziyada gedən ?islahatlar? (yəni rüşvət, oğurluq və başqa əməllər) barədə orda-burda danışsa özündən küssün. Yazılanlara görə, D.Aşurbəyov iş otağını polislərin müşayiətilə boşaldıb, bu prosesə nəzarət isə İdman kanalının rəhbəri Elsevər Dünyamalıyevə tapşırılıb. May ayında Ukrayna səfərindəki maliyyə saxtakarlığı ilə bağlı narazılıqdan sonra sədrlə arasını yenidən sazlamış E.Dünyamalıyev üçün bu tapşırıq göydəndüşmə olub. Amma bu məsələdə hədsiz canfəşanlığı və D. Aşurbəyovu hər addımda qıcıqlandırıb-aşağılamaq cəhdi ona baha başa gəlib. Əsəbləri tarıma çəkilən Danik sədr Alışanovun ünvanına təhqiramiz ifadələr işlədib və idman kanalının rəhbərini sillələyib, polislər E.Dünyamalıyevi güclə xilas ediblər. Hadisədən xəbər tutan Alışanov dalaşma hadisəsini ört-basdır etməyi tapşırıb və Elsevəri əmin edib ki, ?nankor qardaşlar? paylarını alacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR