Bakıda "Müstəqil Azərbaycan 20 ildə" Milli Sərgisi keçiriləcək

img

26-09-2011 [04:32]


Bakıda "Müstəqil Azərbaycan 20 ildə" Milli Sərgisi keçiriləcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərginin sentyabrın 27-də "Bakı Expo" Sərgi Mərkəzində (Suraxanı rayonu, Heydər Əliyev prospekti, Aeroport dairəsi) keçirilməsi nəzərdə tutulub. Sərgidə son 20 ildə Azərbaycanın qazandığı uğurlar nümayiş olunacaq. Paytaxt sakinləri və Bakının qonaqları sərgi ilə sentyabrın 27-də saat 12:00-dan etibarən tanış ola bilərlər. Sərgiyə giriş sərbəstdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR