Yeni internet qəzet açılır: ?Teleqraf.com?

img

29-09-2011 [04:37]


Oktyabr ayından etibarən Azərbaycan internet məkanında ?teleqraf.com? internet qəzeti fəaliyyətə başlayacaq. Yeni onlayn qəzet özünün bir sıra yeniliklərini internet oxucularına təqdim etmək niyyətindədir. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına dair xəbərlərin təqdimatı ilə oxucuların görüşünə gələn ?teleqraf.com? saytı maraqlı reportajları və layihələri ilə oxucuların diqqətini qazanacağını ümid edir. Onlayn qəzetin baş redaktoru jurnalist Xaqani Səfəroğludur. Portal ölkə mediasının tanınmış jurnalist imzaları ilə əməkdaşlıq edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA