Dillər Universitetində yeni ixtisaslar açıldı

img

12-09-2011 [03:39]


2011-2012-ci tədris ilində Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində bakalavr pilləsi üzrə iki yeni - Yaponşünaslıq və Ərəbşünaslıq, magistr pilləsi üzrə isə üç yeni - Müqayisəli dilçilik, Koreya dili - tərcümə, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası ixtisasları açılıb. İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən bildirilib ki, 10 nəfər tələbə Yaponşünaslıq, eyni sayda tələbə isə Ərəbşünaslıq ixtisası üzrə təhsil alacaq. Tələbələr təhsillərini Bolonya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaq və öz sahələri üzrə peşəkarlaşacaqlar. Tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisas artırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur. Xatırladaq ki, ADU 2005 ? 2006-cı tədris ilindən Bolonya prosesinə qoşulub və bu ilk dəfə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tətbiq olunub. Qeyd edək ki, bu il Dillər Universitetinə 1000-dən çox tələbə birinci kursa qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR