Elman Rüstəmov 5 nəfər baz redaktora qonaqlıq verib

img

29-07-2011 [06:44]


Milli Mətbuat gününün 136-cı ildönümü jurnalistlərin iştirakı ilə keçirilən bir sıra tədbirlər, mükafatlandırma mərasimlərilə yadda qaldı. Ayrı-ayrı qurumlar və şəxslər tərəfindən bəzi media nümayəndələrinin istirahətinin təşkili istiqamətində də müəyyən addımlar atıldı. Modern.az saytının məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov da Milli Mətbuat gününün 136-cı ildönümü ilə bağlı jurnalistlərdən səxavətini əsirgəməyib. Saytımıza verilən məlumata görə, Mərkəzi Bankın sədri Bakıdakı bahalı restoranlardan birində hakimiyyətyönümlü media orqanları kimi tanınan 5 gündəlik KİV-in rəhbərinə yüksək səviyyəli qonaqlıq verib. Qonaqlıqda Elman Rüstəmovun özü və adlarını bilib, çəkmək istəmədiyimiz həmin baş redaktorlardan başqa heç bir kənar şəxs iştirak etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA