Türkiyənin məzhur pop ulduzu bu axzam Yazıl Teatrda çıxız edəcək

img

23-09-2011 [06:19]


"Bakıda olmağımdan çox şadam və sevimli azərbaycanlı pərəstişkarlarımla görüşmək imkanından böyük məmnunluq duyuram. İnanıram ki, konsertimiz bakılılar üçün maraqlı və yaddaqalan olacaq. Çox yaxşı əylənəcəyik". Bu axşam Bakıda Yaşıl Teatrın səhnəsində çıxış edəcək məşhur türk ulduzu Kənan Doğulu belə deyir. ANS PRESS-in məlumatına görə, Azərbaycana dünən gələn müğənni bu gün günorta saatlarında yerli mətbuatla görüşüb. Jurnalistləri 1 saat gözlədən Kənanın ilk sözü ?Necəsiniz?? oldu. Daha sonra isə cavabı gözləmədən danışmağa başladı. Azərbaycan musiqisinin zənginliyini qeyd edərək, musiqimizi çox dinlədiyini söylədi: ""Aklım karışdı" mahnımda sizin musiqidən istifadə etmişəm. Özəlliklə sizin caz musiqinizi bəyənirəm. Əzizə Mustafazadənin heyranıyam." Qəribə də olsa Azərbaycan musiqisini çox sevdiyini, dinlədiyini deyən Kənan Doğulu Əzizə Mustafazadədən savayı heç bir müğənnimizin adını çəkə bilmədi. Türk sənətçisi jurnalistlərin suallarını cavablandırarkən çox yorğun görünürdü. "Kənan bəy, indi nə etmək istərdiniz?" sualına, "Qarnım çox ac, yemək istərdim", deyə cavab verən sənətçi səbrlizliklə sualların bitməsini gözləyirdi. Saqqalı ilə bağlı suala, "Saqqaldan qurtula bilmirəm. Uzun saçlardan qurtula bildim, amma saqqaldan qurtula bilmirəm. Saqqalsız çox cavan görünürəm, uşağa oxşayıram". Qeyd edək ki, Kənan Doğulunun Bakıdakı konserti ?SA Organization? şirkətinin təşkilatçılığı və Buta İncəsənət Mərkəzinin şirkətlərindən biri olan ?BUTA production?un dəstəyi ilə həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA