Bir qrup QHT Mətbuat Şurasına müraciət edib

img

16-09-2011 [03:37]


Bir qrup ictimai təşkilat adından Mətbuat Şurasına müraciət edilib. Mia-ya daxil olan müraciətdə deyilir: Hörmətli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri! Ölkəmizin ictimai həyatında önəmli rol daşıyan vətəndaş cəmiyyətinin tərkib hissəsi olan bir qrup qeyri-hökumət təşkilatı son zamanlar "Yeni Müsavat" qəzetində gedən qərəzli, Azərbaycanın milli maraqlarına uyğun gəlməyən hərbdən bəhs edən əsassız yazılara etirazını bildirir. Bildirmək istərdik ki, heç bir jurnalist professionallığına uyğun gəlməyən, şəxsi maraqları naminə görülən bu qara yaxma kampaniyası mətbuat, jurnalistika nümayəndələri tərəfindən qətiyyətlə pislənilməli və müvafiq addımlar atılmalıdır. Ölkəmizin ictimai-siyasi həyatında ölkə prezidentinin şəxsən nəzarəti altında aparılan şəffaflığın gücləndirilməsi, dövlət orqanlarının işinin təkmilləşdirilməsi siyasəti hər bir sahədə eləcədə apardığımız müşahidələrə əsasən Silahlı Qüvvələrdə uğurla icra edilməkdədir. Silahlı Qüvvələrimiz bu gün müharibə şəraitində olan ölkəmiz üçün ən vacib sahədir. Peşəsi vətəndaşlarımızı qorumaq, torpaqlarımızın keşiyində olmaq olan ordumuzla bağlı yazılarda hər zaman həssaslıqla yanaşılmalı, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti nəzərə alınmalıdır. Azərbaycanın hərb qüdrətinin, professionalizminin günbəgün artmasının qabaqcıl dünya ölkələrinin hərbi dairələrinin yüksək peşəkar nümayəndələrinin beynəlxalq tədbirlərdə daima qeyd etdikləri danılmaz bir faktdır. Cəmiyyətin aparıcı qüvvələri olan ziyalıları, jurnalistləri bəzi mətbuat qurumlarının əsasız, yalan, nifrət dolu fəaliyyətinə biganə qalmamağa səsləyirik. Bununla bağlı bir qrup qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Mətbuat Şurasına müraciətlə çıxış edib. Gəlin inkişaf edən, günü gündən qüdrətlənən ordumuza, əsgərlərimizə sahib çıxaq, onu yalandan iftiradan qoruyaq! Müraciəti imzalayan təşkilatlar: 1. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı 2. ?Əsgər Ailəsi? Cəmiyyəti 3. ?Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma? İctimai Birliyi 4. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi 5. Azərbaycan Çernobıl Əlilləri Cəmiyyəti 6. Azərbaycan Vətən müharibəsi Veteranları Birliyi 7. Azərbaycan Respublikası ?20 yanvar? Cəmiyyəti 8. Dünya Gənc Türk Yazarları birliyi 9. Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək ictimai birliyi 10. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi 11. Qaçqın və Məcburi Köçkün Gəncləri Təşkilatı ictimai birliyi 12. Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyi 13. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyası

Digər xəbərlər
SON XƏBƏRLƏR