Jurnalist təzkilatı ailə dəyərlərini təbliğ edəcək

img

05-10-2011 [04:19]


Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ?Məcburi köçkünlər arasında ailə dəyərlərinin təbliği? adlı layihənin icrasına başlayıb. Bu barədə mətbuata layihənin direktoru Seymur Verdizadə məlumat verib. S.Verdizadə deyib ki, layihənin əsas məqsədi məcburi köçkünlərin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq və gənc ailələrə yüksək mənəvi dəyərləri aşılamaqdır: ?Layihə oktyabr-dekabr aylarında Biləsuvar rayonundakı Cəbrayıl qəsəbəsində həyata keçiriləcək. Layihə çərçivəsində məcburi köçkünlərin iştirakı ilə seminarın keçirilməsi və maarifləndirici broşürun çapı nəzərdə tutulur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA