Cozqun Rəhimov plastik əməliyyata hazırlazır

img

12-09-2011 [12:19]


Boğazında arzuolunmaz xərçəngdən əməliyyat olunan tanınmış aktyor, "Bu şəhərdə"nin əsas simalarından biri Coşqun Rəhimov yenidən cərrahiyyə əməliyyatı keçirəcək. Trend-ə səhhəti ilə bağlı məlumat verən aktyor özünü yaxşı hiss etdiyini, cidd-cəhdlə konsert hazırlıqlarını davam etdirdiyini deyib. "Böyük həvəslə ssenarilər üzrə məşq edib səhnəciklər üzərində işləyirik. Maşallah, özümü çox yaxşı hiss edirəm. Boğazıma gəldikdə isə, mütəmadi olaraq həkim nəzarətindən keçirəm. Gördüyünüz kimi, sarğılardan da imtina etmişəm. Əməliyyatdan sonra qoyulmuş tikişlər də məni narahat etmir. Bəlkə də kişi olmağın özəlliklərindən biridir ki, komplekslərdən çox uzağam. Sərbəst şəkildə gəzib-dolaşıram. Amma fikrim var ki, Heydər Əliyev adına Sarayda Rafael İsgəndərovla birlikdə verəcəyimiz silsilə konsertlərdən sonra yenidən Türkiyəyə yollanıb tikişlərin izini plastik əməliyyatla itirim", - Coşqun bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA