Avropa Yayım Şurası Azərbaycan hökumətinə müraciət edib

img

01-09-2011 [01:14]


?Eurovision? mahnı müsabiqəsinin Bakıda səfərdə olan nümayəndələri viza şərtlərini sadələşdirmək üçün Azərbaycan hökumətinə müraciət edib. Müsabiqənin icraçı prodüseri Yon Ola Sand (Jon Ole Sand) AzadlıqRadiosuna deyib ki, müsabiqə ərəfəsində viza rejimi Avropa Yayım Şurası üçün birinci dərəcəli məsələdir: ??Eurovision? həftəsi boyunca insanlar rahat gələ və burada yerləşə bilməlidirlər. Yarışmaçılar, nümayəndələr, jurnalistlər səfər edə, azad şəkildə işləyə bilməlidirlər. Bu, bizim üçün çox əhəmiyyətlidir. Biz Azərbaycan hökumətindən xahiş etmişik ki, viza şərtlərini sadələşdirsin?. Azərbaycanın qələbəsindən sonra Bakıya 3-cü səfərini edən ?Eurovision? rəsmiləri avqustun 31-də Azərbaycanın Birinci ledisi Mehriban Əliyeva və Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb. Onlar Azərbaycanın müsabiqəyə hazırlığı, təklif olunan layihələri müzakirə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA