Ey fələk, eylə külək...

img

25-08-2011 [03:20]


Həmişə gözəl bədən quruluşuna malik olan Cenifer Lopesin bədənində bir qram piyin olmadığını düşünürsən. Ulduz ictimaiyyət qarşısına hər zaman incə beli və hamar qarnı ilə çıxıb. İndi isə gözəl bədən quruluşunun sirri məlum oldu - qarnı yığan alt paltarı geyinirmiş. Lopesin qarnını gizlədən alt paltarını yeni "Papi" klipinin çəkilişlərində bilməyərəkdən göstərib. Yarıqlı uzun libas geyinən ulduz müğənni çox gözəl görünürdü. Lakin xain küləyin anidən coşması Ceniferin donunun ətəyini yuxarı qaldıraraq, ət rəngində olan görkəmsiz alt paltarını paparazzilərə göstərib. Ulduz eyni zamanda gizlətməyə belə çalışmadığını sellülitini hamıya göstərib(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR