Dəstək ol ki, imkansız zagirdlərimiz təhsilsiz qalmasın!

img

23-08-2011 [04:27]


Məlum olduğu kimi ?Məlahətli ana? Uşaqlara Yardım İctimai Birliyi 1 sentyabr 2011-ci il tarixində, saat 19:00-da Heydər Əliyev Sarayında ?Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!? devizi ilə xeyriyyə konserti təşkil edir. Konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri - Nisə Qasımova, Aygün Bəylər, Elariz Məmmədoğlu, Aybəniz Haşımova, Səyyad Əlizadə, Sevda Yəhyayeva, Zamiq Hüseynov, Aynişan Quliyeva, Elçin Şirin, Aygün Şükürova, Məleykə Əsədova, Nurlan Əzizbəyli, İlqar Muradov, İzzət Bağırov, Mətanət İsgəndərli, Nadir Bayramlı, Nüşabə Ələsgərli, M-brothers, Aşıq Samirə, Emin Bədəlov, Elnur Məmmədov, Əkbər, Nura, Miri Yusif, Könül Kərimova, , Kristal qrupu, ?Maori? rəqs qrupu - Göyçək Fatimə, yumorist Fərda Xudaverdiyev, ?Bülbüllər? ansanblı, 2 nömrəli uşaq evinin rəqs ansanbılı və ?Noğullar? rəqs ansanbılı çıxış edəcək. Konsertin aparcıları isə Azərbaycan Respubliaksının əməkdar artisti İlham Əsgərov və Azərbaycanın tanınmış müğənnisi Safura Əlizadədir. ?Məlahətli ana? Uşaqlara Yardım İctimai Birliyinin (?Məlahətli ana? UY İB) mətbuat xidmətindən verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd rəsmi məlumatlar və birliyin öz araşdımaları nəticəsində müəyyənləşdirilən 1000-lərlə imkansız şagirdləri məktəbli forması və çantası ilə təmin etməkdir. Məlum olduğu kimi bu ildən etibarən bütün məktəblilər üçün məktəbli formalarından istifadə məcburidir. Rəsmi məlumata görə, məktəbli formalarının qiymətləri 40-55 manat arasında dəyişir. Bu isə öz növbəsində aztəminatlı və çoxuşaqlı ailələlərin maddi porblemlərlə üzləşməsinə səbəb olur. ?Məlahətli ana? UY İB öz daxili imkanları hesabına 1000-lərlə məktəbli çantası almaqla yanaşı xeyriyyə konserti təşkil edərək ictimaiyyəti və ölkəmizin xeyirxah insanlarını bu problemin həllinə səfərbər etməyə çalışır. Qeyd edək ki, 25 avqust saat 12:00-da ?Trend? İnformasiya Agentliyinin mətbuat mərkəzində məsələ ilə bağlı ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin və xeyriyyə kampaniyasını dəstəkləyən incəsənət xadimlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Kütləvi İnformasiya Vasitələri mətbuat konfransına dəvətlidir. Əlavə məlumat üçün: 051 7075797 (Anar) ; malahatliana.org

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA