Aygün Kazımova: "Namiq, get öz həyatını yaza!"

img

17-08-2011 [03:12]


"Mənə elə gəlir ki, yeni "Onu bağışlamaq olarmı?" mahnısının sözləri məhz mənə həsr olunub. Namiq, get öz həyatını yaşa. Məndən nə istəyirsən? Niyə belə mahnılar yazırsan? O, yaradıcı insan olaraq hisslərini yalnız belə ifadə edə bilər. Nə etsə də mənim "öhdəmdə" olaraq qalır. Son zamanlar bir az inkişaf edir və buna görə ona cəmi 2 dəfə əl çala bilərəm. Necə ola bilər ki, o, məni sevib, amma bunu heç yerdə deməyib və indi birdən-birə sevgi haqda danışmağa başlayıb? Bütün bunlar yalandır. O, bunu efirdə deyibsə, demək, reklama ehtiyacı var". Aygün Kazımova artıq "arzuladığı şahzadəsini" tapdığını söyləyib: "Hər xanımın ürəyində kimsə var. Mən bu şəxsin adını çəkə bilərəm. Sadəcə, özü bunu istəmir. Məndə sevgi bir neçə janrda olur. Əvvəl meyxana janrında idi, indisə Avropa janrındadır. Hazırda o, məndən uzaqda olsa da, bunu hiss etmirəm. Hər gün onun zəngini gözləyirəm. Ondan zəng gələn zaman isə ürəyimdə təsəvvür edilməsi mümkün olmayan nələrsə baş verir. Amma hələ ərə getmək haqda düşünmürəm. Namiqlə də 7 il nikahsız yaşamışam. Amma sevimli ekstrasenslərim ərə gedəcəyimi bildirirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA