Televiziya fəaliyyəti üçün lisenziyanın qiymətləri

img

11-08-2011 [07:55]


Prezident İlham Əliyev ?Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda teleradio sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını təkmilləşdirmək məqsədi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri?nin 33-cü hissəsinə dəyişiklik edilib. Teleradio yayımı: 33.1. ümumrespublika televiziya yayımı -11 000 AZN 33.2. Bakı şəhəri üzrə televiziya yayımı - 5 500 AZN 33.3. regional televiziya yayımı - 3 000 AZN 33.4. ümumrespublika radio yayımı - 5 000 AZN 33.5. Bakı şəhəri üzrə radio yayımı - 2 500 AZN 33.6. regional radio yayımı - 1 000 AZN 33.7. əlavə informasiya yayımı - 1 000 AZN 33.8. abonentlərinin sayı 5 000-dək olan kabel şəbəkəsi yayımı - 3 000 AZN 33.9. abonentlərinin sayı 5 000-dən yuxarı olan kabel şəbəkəsi yayımı - 5 000 AZN 33.10. - peyk yayımı - 1 000 AZN 33.11. xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət - 1 000 AZN

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA