QHT 41 nəfər gəncə təlimlər keçirdi

img

08-08-2011 [12:20]


?Demokratik Gənclər? İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi ?Sumqayıt gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması? layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. Avqust ayının 6 və 7 ?də Sumqayıt şəhərində fəaliyyət göstərən hər bir gündə ayrı ayrılıqda Bakı və digər bölgələrdə təhsil alan Sumqayıt şəhərində yaşayan 41 nəfər gənclərə təlimlər keçirildi. Təlimi giriş sözü ilə açan Birliyin rəhbəri Ramil Süleymanov təlim iştirakçılarına, bu təlimin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutduğunu və bu layihənin məqsədi haqqında iştirakçılara geniş məlumatlar verdi. Təlimi Azerveb saytının administratoru, ?Ferhadov Studio? MMC-nin direktoru Fərhadov Fərid və Demokratik Gənclər İB-nin Təlimlər Departamentinin rəhbəri Orxan Hacıyev aparırdı. Təlimdə 40 nəfər tələbə iştirak edirdi. Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi, Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri, Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq, Peşə seçərkən nələrə diqqət yetirməli, İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb oldu. Təlimdə internetdə mövcud olan resurslar vasitəsi ilə necə iş axtarmağın yolları, , CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanması gənclərə keçildi. Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, peşə və ixtisas seçimi ilə bağlı rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimdə iştirakçılara mövzu ilə sənədlər toplusu təqdim edildi. Təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və Veb məzmunun inkişafı şöbəsinin müdiri Ayaz Abuşov ekspert qismində iştirak edirdi. O, ilk öncə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə belə maraqlı bir layihənin keçirilməsini dəstəklədi üçün öz minnətdarlığını bildirdi. Təlimin gedişini, istifadə edilən metodları çox bəyəndiyini və təlimi aparan peşəkar təlimçilərə öz minnətdarlığını bildirdi. Onu bu təlimə yenidən dəvət etdiyi üçün Birliyin rəhbəri Ramil Süleymanova da öz təşəkkürünü bildirdi. O, iştirakçılara əsasən internetdə necə iş tapmaq olar, Dövlət müəssisələrində iş görüşməsi zamanı daha çox verilən suallar, bu suallara necə cavab verməli və sairə mövzularda iştirakçılara maraqlı məlumatlar vermiş oldu. Təlim iştirakçıların çox maraqlarına səbəb oldu. Birliyin rəhbəri Ramil Süleymanov iştirakçılara bildirdi ki, yaxın günlərdə onların istifadəsinə karyera Blogunun veriləcəyi barədə məlumat verdi. Bu Bloqda gənclərin karyera bacarıqlarının artırılması üçün, maraqlı məlumatlar öz əksini tapacaq. Bu iştirakçıların böyük sevincinə səbəb oldu. Onlar bu təliminin tez tez keçirilməsini və bu təlimin keçirilməsinə dəstək verdiyi üçün, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Təlimin sonunda iştirakçılara Diplomlar təqdim edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR