Mirzahin üçüncü dəfə evləndi

img

10-08-2011 [02:08]


ANS televiziyasının vitse-prezidenti, Azərbaycanın istedadlı telejurnalisti Mirşahin Ağayev ailə həyatı qurub. ?Qafqazinfo?nun məlumatına görə, telejurnalist işlədiyi şirkətin əməkdaşı, ?İç xəbər? proqramının aparıcısı Səbinə Heydərova ilə münasibətlərini rəsmiləşdirib. Onların arasında sevgi münasibətləri iki il başlayıb və avqustun 6-da hər iki jurnalist rəsmi nikaha daxil olublar. Nikah mərasimi Türkiyədə nüfuzlu otellərdən birində baş tutub. Mərasimdə olduqca az sayda şəxs, o cümlədən ANS rəhbərliyində təmsil olunan insanlar iştirak ediblər. Qeyd edək ki, bu məşhur telejurnalistin üçüncü evliliyidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA