Əbülfəs Qarayev ispaniya nümayəndə heyətini qəbul edib

img

27-07-2011 [07:01]


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İspaniya Krallığı Konqresinin nümayəndə heyətini qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İspaniya nümayəndə heyətinin tərkibinə Konqresin Xarici Əlaqələr komitəsinin sədri Xose Antonio Duran Yeida, millət vəkilləri Xuan Moskoso, Fransek Rikoma, və Xosu Erkoreka daxil olub. Görüşdə Ə.Qarayev nümayəndə heyəti ilə İspaniya Krallığı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı müzakirə və fikir mübadiləsi aparıb. Mədəniyyət və turizm sahələri üzrə ikitərəfli təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulayıb. Sonra nazir hər il İspaniyanın Madrid şəhərində keçirilən ?Fitur? Beynəlxalq Turizm Sərgilərində Azərbaycan tərəfinin mütəmadi olaraq iştirak etdiyini bildirib. O, Azərbaycanda İspaniya Krallığının səfirliyinin açılmasının qarşılıqlı turist mübadiləsinin artmasına müsbət təsir göstərəcəyini qeyd edib. Görüş zamanı nazir Azərbaycanda tikilən yeni mehmanxanalar, Şahdağ qış-yay turizm kompleksi və digər turizm infrastruktur obyektləri haqda qonaqları məlumatlandırıb. O, Azərbaycanın ?Eurovision? mahnı müsabiqəsindəki parlaq qələbəsindən sonra ölkəyə böyük turist axının gələcəyinin gözlənildiyini qarşı tərəfin nəzərinə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA