Oksana: "Mən onda istədiyim kiziliyi görmədim, əcəb etmizəm!"

img

13-07-2011 [04:25]


"Əcəb etmişəm. Bu mənim öz şəxsi işimdir, öz həyatımdır, özüm bilərəm." Bu sözləri evli olduğu məlum olan rəqqasə Oksana Rəsulova bu gün keçirdiyi mətbuat konfransında deyib. Rəqqasə həyat yoldaşı Hayaq Avenilovun onların evli olması və rəqqasənin bir müddət xəstəxanada psixiator nəzarəti altında müalicə olunması barədə ANS PRESS-ə göndərdiyi sənədlər və açıqlamalara aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib. Mətbuat konfransına sevgilisi Elşad Xose ilə təşrif buyuran Oksananın açıqlamaları jurnalistləri daha da şoka saldı. Əvvəlcə evli olduğunu təkzib etməyə cəhd göstərən rəqqasə mətbuat nümayəndələrinin məntiqi sualları qarşısında aciz qalıb. Çıxılmaz vəziyyətdə olduğunu başa düşən Oksana hər şeyi boynuna almaqla yanaşı, etdiyi hərəkətlərdən peşman olmadığını da dilə gətirib. "Əcəb eləmişəm, öz həyatımdır, özüm bilərəm. Mən onda istədiyim kişiliyi görmədim", deməkdən də utanmayıb. Elşad Xose isə sevgilisi ilə bağlı məlumatları işıqlandıran jurnalistləri təhqir etməkdən çəkinmədi. "Elə bilirsiniz təzə xəbər yazmısınız. Hamının hər şeydən xəbəri var, hər kəs bilir ki, mən narkomanam. Hə nə olsun ki?",-dedi. Rəqqasə Oksana isə Haqayın onu narkoman adlandırmasının və bu açıqlamanın efirə getməsinin ona olduqca pis təsir etdiyini və Haqayın məhkəmə qarşısında cavab verəcəyini bildirdi. Hətta narkoman olmadığını sübuta yetirmək üçün jurnalistlərin iştirakı ilə narkotik testindən də keçdi. Qeyd edək ki, rəqqasə Oksana əslində evli olduğu Rusiya vətəndaşı Haqayla nişanlı olduğunu demişdi. Daha sonra ondan ayrıldığını söyləyən Oksana reper Elşad Xose ilə evlənməyə də hazırlaşırdı. ANS PRESS-in əldə etdiyi sənədlər isə Oksananın əslində Haqayla evli olduğunu və hələ də rəsmi nikahda olduğunu sübut etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA