Rəhim Rəhimli stilist Samirin ittihamlarına cavab verdi

img

05-07-2011 [05:51]


Azərbaycanın tanınmış stilisti Samir Əliyev Milli.Az-a müsahibəsində yerli şou-biznesin bəzi üzvlərini zövqsüzlükdə qınayıb. Kişi müğənnilərdən söz düşən zaman isə o lap qəzəblənib: ?Nə danışırsınız? Bizdə zövqlü kişi müğənni yoxdur? - deyə bildirdi. Stilistdən Rəhim Rəhimlinin zövqlü olduğunu soruşan zaman o, belə cavab verib: ?Onun harası zövqlüdür? Onun geyimlərini görmüsünüz? Axrıncı dəfə Rəhimin qarnını görəndə, şoka düşdüm. Bu insan niyə bu boyda qarın buraxır? Onu çox istəyirəm. Amma belə olmaz?. Stilistin bu sözlərindən xəbər tutan Rəhim portalımız vasitəsi ilə ona cavab verib: ?Əslində, Samirin sözlərində həqiqət var. Çünki mən doğrudan da kökəlmişəm. Buna səbəb isə səhhətimdə olan problemdir. Amma bu gündən etibarən idmana başlayıram. Artıq çəkidən və qarından azad olmaq üçün mənə kiqboksinq üzrə 7 qat dünya çempionu, yaxın dostum Eduard Məmmədov kömək edəcək. O, söz verib ki, məni hər ay 5 kiloqram arıqladacaq?. Rəhim, Samirin onu zövqsüz adlandırmasının səbəbini də açıqladı: ?Qarını qoyduq bir qırağa. Əslində Samirin mənə zövqsüz deməsinin bir səbəbi var. Mən onun ad gününə getməmişəm. Doğrudan gedə bilmədim, vaxtım olmadı. O da məndən inciyib və məni sövqsüz adlandırıb. Amma xatırlatmaq istəyirəm ki, Samirin ad günündən 1 həftə əvvəl mən onunla canlı efirdə idim. Aparıcının ?ən zövqlü kişi müğənnisi kimdir?? sualına Samir ?Rəhim Rəhimli? deyə cavab verdi və məni də təriflədi. Ancaq indi başqa sözlər danışır. Əslində mən də Samirin xətrini çox istəyirəm?. Rəhim açıqlamasında Samirlə bağlı bəzi hadisələri də yada saldı: ?Röya mənə dedi ki, saçımı dəlilər kimi kəsdirmək istəyirəm və bunun üçün ən dəli stilist gəlsin. Mən də Samiri çağırdım. Çünki Samir ən dəli stilistdir. Bir də ki, sözün düzü, o, əsl iş görür. Axı o, Azərbaycan şou-biznesinin ən ekstravaqant stilistidir" - deyə Rəhim əlavə etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA