Prezidentin ikinci qızı ailə həyatı qurmağa hazırlazır

img

05-07-2011 [12:15]


Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva ailə həyatı qurmağa hazırlaşır. Dövlət başçısının qızı Arzu xanım Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin övladı ilə nişanlanıb. Artıq onların birgə fotoları da yayılmağa başlayıb. Yayılan xəbərlərə əsasən oğlan Səməd Qurbanovdur. Onun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var. Səməd Qurbanovun qohumlarının bir hissəsi Bakıda yaşayır. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, hələ uzun illər əvvəl Bakıdakı Rus kilsəsini də təmir-bərpa etdirib. S. Qurbanovun eyni zamanda dövlət başçısının digər kürəkəni Emin Ağalarovla da möhkəm dostluq əlaqələrinin olduğu bildirilir. Bir neçə gün əvvəl Səməd bəylə Arzu xanım prezident İlham Əliyev iştirak etdiyi ?Kempinski Hotel- Badamdar? kompleksinin açılışına da qatılıblar. Məlumatlara görə, cütlüyün toy mərasiminin bu ilin payızında baş tutacağı gözlənilir. Dövlət başçısının digər qızı Leyla Əliyeva da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun gəlinidir./qafqazinfo/

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA