Kitabsevərlərə dəstək verəcək təzkilat yaradılıb

img

25-06-2011 [02:34]


Yaradıcılıqla bağlı daha təşkilat yaradılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Kitab Yayımı İşinin İnkişafına Dəstək? İctimai Birliyinin sədri Vaqif Alışov məlumat verib. Onun sözlərinə görə, bu günlərdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi kitaba marağı yüksəltmək, onun yayımına dəstək olmaq, əhali arasında mütaliəni təbliğ etmək, elmi nailiyyətlərə, tarixə, mədəniyyətə, əhalinin maarifləndirilməsinə kömək məqsədiyyələ ?Kitab Yayımı İşinin İnkişafına Dəstək? İctimai Birliyini dövlət qeydiyyatına alıb. V.Alışov deyir ki, İctimai Birlik artıq fəaliyyətə başlayıb. Qurum kitab yayımı və satışının təşkilində kitabsevərlərə yaxından dəstək verməyə çalışacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA