Tikinti materiallarının qiymətləri xeyli artıb

img

24-06-2011 [05:08]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi tərəfindən bu ilin may ayı ərzində Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının növbəti monitorinqi aparılıb. Birlikdən verilən məlumata görə, araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi 53,8 faiz təşkil edib. Mövsümə uyğun olaraq nisbi canlanma paytaxtın bir çox tikinti materialları bazarlarında müşahidə edilib. Bəzi topdansatış yerlərində isə (Dərnəgül yolu) infrastruktur tikintiləri səbəbindən gediş-gəlişin çətinləşməsi alqı-satqıya təsirsiz ötüşməyib, passivlik hökm sürüb. Aparılan qiymət monitorinqinin nəticələri göstərir ki, bu ilin fevral ayından başlayaraq müxtəlif materiallar üzrə qeydə alınan qiymət artımları may ayında davam edib. May ayında əsasən boya məhsullarının bahalaşması baş verib. Belə ki, aprel ayı ilə müqayisədə bəzi istehsal müəssisələrində bu artım 10 faiz, bəzilərində isə 15 faizə çatıb. Yerli istehsalçılar boya satışında qiymətlərin artımını idxal edilən kimyəvi tərkibli (titan, alkid, tutkal) məhsulların bahalaşması ilə əlaqələndirərək bunu birbaşa dünya bazarında baş verən proseslərlə bağlı olduğunu bildiriblər. Yük avtomobillərinin konstruksiyalarını qanunsuz olaraq dəyişməyə qoyulan qadağa, normadan artıq yüklənən avtonəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması, əsasən qumun, çınqılın qiymətində bahalaşma ilə nəticələnib. Beləliklə, qiymət artımı müşahidə edilən tikinti materiallarının siyahısını aşağıdakı kimi qruplaşdırmaq olar: Qum +9,30 Katinka +8,11 Çınqıl +14,29 Şifer +1,85 Taxta +2,00 Alkapon +1,09 Dəmir təbəqə +3,19 Mişar daşının qiyməti aprel ayında artsa da, may ayı üzrə yenidən azalaraq əvvəlki qiymətinə düşüb. Qiymətində azalma müşahidə edilən tikinti materialları 5 ədəd olub: Mişar daşı -11,11 Sink təbəqə -0,58 Künyə -1,71 Şüşə -0,50 Şveller -0,82 Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb. Bu ilin may ayında qiymət dəyişməsi əvvəlki ayla müqayisədə 0,87 faiz artım təşkil edib. 38 adda 88 növdə material üzrə orta qiymət göstəricisi ilin əvvəli ilə müqayisədə 14,4 faiz, ötən rübün müvafiq dövrü (fevral ayı) ilə müqayisədə 1,9 faiz artımla qeydə alınıb. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə isə qiymət artımı 21,8 faiz təşkil edib. May ayında aparılan araşdırmalar zamanı ümumi qiymət portfelində yerli istehsal mallarının bazar payı idxal mallarını 1,16 dəfə üstələyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR