"Büdcə sistemi haqqında" qanunda dəyişir
21-06-2025 [17:07]
"Büdcə sistemi haqqında" qanunda dəyişir.
Mia.az xəbər verir ki, qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Bildirilib ki, müvafiq qanun layihəsi sözügedən qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası"na əsasən, il ərzində qalıq vəsaitdən birbaşa büdcədənkənar gəlirlərə istifadə olunmasının büdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icra prosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəzi qeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunub.
Eyni zamanda "Büdcə sistemi haqqında" Qanunun (bundan sonra - Qanun) 5-ci maddəsinin tələblərinə əsasən məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ilin gəlirlərinə aid edilməsi eyni gəlirin iki dəfə uçota alınmasına gətirib çıxarır. Qanunun 10.1.3-cü maddəsində dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər daxil edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə hər il üzrə təsdiq olunan dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra layihələrdə Azərbaycan Respublikasının pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi kimi dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da Qanunun 10.1.3-cü maddəsi ilə ziddiyət təşkil edir.
Bununla yanaşı qeyd olunub ki, dövlət büdcəsində nəzərpə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin fondların və ehtiyatların nəzərdə tutulduğu funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq aparılır, yəni həmin vəsaitlər ayrıldığı təşkilatların büdcəsinde göstərilmir. Bu da nəticədə dövlət büdcəsinin müxtəlif mənbələrindən həmin təşkilatlara cəmi ayrılmış vəsaitlər barədə məlumatı əldə etməkdə çətinlik yaradır.
Vurğulanıb ki, qanunun 20.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsinin icrası barədə qanunda funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği öz əksini tapmalıdır. Lakin ölkə Konstitusiyasının 93-cü maddəsinin 4-cü hissəsinə əsasən qanunlarda və Milli Məclisin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Ona görə də dövlət büdcəsinin icrası barədə qanunda inzibati təsnifat üzrə dövlət büdcəsinin xərcləri çıxarılmalıdır. Bir qayda olaraq dövlət büdcəsi xərclərinin inzibati təsnifata uyğun olaraq (yəni konkret təşkilat və tədbirlər üzrə) icra göstəriciləri qanun imzalandıqdan sonra ölkə Prezidentinin həmin qanunun tətbiqi ilə bağlı müvafiq Fərmanı ilə təsdiq olunur.
Sənəddə diqqətə çatdırlıb ki, mövcud qaydaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədd həm növbəti il və sonrakı üç il üçün ölkə Prezidentinin Fərmanı ilə müəyyən edilir. Lakin ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən bir sıra prioritet vəzifələrin icrası (ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramı və sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlər) büdcə xərclərinin artırılmasını şərtləndirmiş, cari və növbəti illər üzrə təsdiq olunmuş yuxarı hədlərin aşılması təhlükəsi yaranmışdır. Qeyd olunan məqamlar büdcə qaydasının təkmilləşdirilməsini zəruri edir.
Qüvvədə olan qanunvericilikdə yalnız vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsi imkanı mövcuddur və vahid xəzinə hesabının qalığında mövcud olan vəsaitin idarə edilməsi məhdudlaşdırılır. Məlum olduğu kimi, dövlət büdcəsinin xərclərinin icrasının faktiki göstəriciləri onu deməyə əsas verir ki, dövlət büdcəsinin aylar üzrə xərcləri hər zaman bərabər olmur və bunun nəticəsində bəzi aylar ərzində vahid xəzine hesabında kifayət qədər vəsait artıqlığı yaranır ki, hansı ki qısa müddət ərzində həmin vəsaitin idarə olunması nəticəsində dövlət büdcəsinə əlavə gəliri qazandırmaq mümkündür.
Bundan başqa ötən illərin təcrübəsi göstərir ki, Qanunda istifadə olunan bəzi anlayışların dəqiqləşdirilməsinə, həmçinin Qanuna bir sıra yeni anlayışların daxil edilməsinə, eləcə də dövlət büdcəsinin kassa icrası mexanizminin təkmilləşdirilməsinə zərurət vardır. Yuxarıda qeyd olunan məsələlərin tənzimlənməsi üçün hazırlanmış "Büdcə sistemi haqqında" qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində aşağıdakı müddəalar əks olunub:
- mövcud Qanunda "ortamüddətli dövr" 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə "uzunmüddətli dövr" ifadəsi daxil edilmiş, həmçinin nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlərin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqədar Qanuna "dividend" anlayışı əlavə edilmiş və "dividendlər" dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınıb;
- məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaitinin vahid xəzinə hesabının sərbəst qalığına köçürülməsi; layihələrdə iştirak payı ilə bağlı xərclərin əsaslı xərclərdə əks etdirilməsi, habelə borca xidmət üzrə xərclərin təkmilləşdirilməsi;
- vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinin dəqiqləşdirilməsi; vahid xəzinə hesabının sərbəst qalığı ilə yanaşı, vahid xəzinə
hesabının qalığının da idarə edilməsi, büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsinin Təminat Fonduna köçürülməsi;
- Qanunun 10.3 maddəsinə əsasən il ərzində faktiki xərclərin məbləği dövlət büdcəsində təsdiq edilmiş ayırmalardan çox ola bilmədiyini nəzərə alaraq, xəzinə əməliyyatlarının sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi məqsədilə dövlət (büdcə) öhdəliklərinin götürülməsi prosesi çıxarılır;
- büdcə qaydasının təkmilləşdirilməsi, o cümlədən büdcə qaydasının tətbiqində çevikliyin artırılması məqsədilə müvafiq yuxarı hedd göstəricisinin hər 4 ildən bir dövrün sonu üçün təsdiq edilməsi, təsdiq olunmayan aralıq hədəflərin isə illik əsasda Nazirlər Kabineti ilə razılaşdırılması; dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesinde proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə müəyyən edilmiş qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikde hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi və s.
Sənəddə o da qeyd edilib ki, layihənin qəbul edilməsi qanunvericilik aktları arasında uyğunsuzluğun aradan qaldırılması, dövlət büdcəsi vəsaitlərinin şəffaf uçotunun aparılmasında, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasında mühüm rol oynayacaq.
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub