İranlı nüvə alimi evində öldürülüb - Arvadlı ilə birlikdə

img

21-06-2025 [18:01]


İsrail daha bir iranlı nüvə alimini aradan götürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Mehr Xəbər Agentliyi məlumat yayıb.

Qeyd edilib ki,  İranın nüvə sənayesinə əhəmiyyətli töhfələr verən məşhur alim, professor İsar Təbatəbaini evində həyat yoldaşı ilə birlikdə öldürülüb: "O və həyat yoldaşı Mənsure Hacı Səlimlə İsrail tərəfindən həyata keçirilən hücumda həyatları ilə vidalaşıblar".

Məlumatda hücumun nə vaxt və necə həyata keçirildiyi barədə ətraflı məlumat verilməyib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR