Ədalət Şükürov: "Xəcalət çəkirəm"

img

24-06-2011 [12:28]


"Əvvəl fəxr edirdin ki, sən müğənnisən. Təəssüf ki, indi xəcalət çəkirsən. Ona görə ki, indi şou-biznesdə, səhnədə olan insanların bir çoxu bu sənətin adına xələl gətirirlər". Bu açıqlamaları Azərbaycanın əməkdar artisti Ədalət Şükürov verib. Əməkdar artist hətta müğənni olduğuna görə xəcalət çəkdiyini deyib: "İndiki zəmanədə, açığı deyim, mən və bir çox həmkarlarım bu sənətdə olduğumuz üçün bəzən xəcalət çəkirik. Bəzi müğənnilər bu sənətə hörməti ucuzlaşdırıblar. Bir çox incəsənət adamları da belələrinə görə sənətkar adından utanmağa başlayıblar". Müğənni həmkarlarının ondan çəkindiyini də açıqlayıb. "Məndən çəkinirlər, çünki mən onlara mənimlə istədikləri kimi danışmaqlarına imkan vermirəm. Bir də ki, şou-biznesdə olanların 90 faizi haqqında, onların şəxsi həyatları, həyat tərzləri barədə məndə məlumat var. Onlar da bunu bilirlər. Hörmətli müğənni olmaq tamam başqadır. Bu, çox çətindir", deyə Ədalət Şükürov qeyd edib. milli.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA