Əbülfəs Qarayev: ""Eurovision" zamanı Azərbaycana 50-60 min turist gələcək"

img

16-06-2011 [03:38]


2012-ci ildə Azərbaycanda keçiriləcək "Eurovision" müsabiqəsi ilə əlaqədar ölkəyə 50-60 min turistin gələcəyi gözlənilir. Bu barədə jurnalistlərə açıqlamsında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. "Almaniyada keçirilən müsabiqə ilə bağlı oraya 100 min turist gəlmişdi. Ancaq Almaniya Avropanın mərkəzidir. Orada infrastruktur daha genişdir", deyə nazir əlavə edib. Nazirin sözlərinə görə, bu günki vəziyyət Azərbaycanın bu müsabiqəni layiqincə keçirmək üçün bütün lazımı şəraiti yaradacağını göstərir: "Bu il daha 6 beşulduzlu otel istismara veriləcək. Bununla yanaşı biz o qədər də baha olmayan üçulduzlu otellərin və motellərin inşası üçün xüsusi şərait yaradırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA