Ədalət Şükürovun sifətini toyda qana boyadılar

img

14-06-2011 [03:42]


Bakının Nizami rayonu ərazisində yerləşən elit şadlıq saraylarından birində keçirilən toyda qanlı insident olub. Day.Az saytının məlumatına görə, toyda çıxış edən müğənniyə bir neçə qonaq hücum çəkib. Nəticədə Ədalət Şükürovun sifəti qana bələnib. Müğənni özü baş verənlər haqda bunları deyib: "Ötən həftənin cümə günü yaxın dostlarımın toy məclisində mahnı oxuyarkən qonaqlardan birinin gözlənilməz hücumuna məruz qaldım. Qəfildən məni vurdular və dodağım partladı. Əlbəttə ki, mən bunu cavabsız qoymadım. Lakin ətrafdakı insanlar bizi ayırdılar. Səhəri gün həmin şəxslər məndən üzr istədilər, hadisəni sərxoş olduqları üçün törətdiklərini bildirdilər. Bununla da məsələ qapandı. İllərdir toylarda çıxış edirəm, başıma belə hadisə ilk dəfə gəlir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA