Muğam müsabiqəsinin qalibləri bəlli oldu

img

11-06-2011 [01:38]


AzTV-də və ?Mədəniyyət? kanalında canlı yayımlanan ?Muğam televiziya müsabiqəsi 2011? nəhayət başa çatdı. Yarışma iyunun 10-da keçirilən final gecəsindən sona yekunlaşıb. Azərbaycan Akademik Milli Dram Teatrında keçirilən finalda 6 nəfər ifaçı yarışıb. Səbinə Ərəbli; Kamilə Nəbiyeva; Nigar Şabanova; Mirələm Mirələmov; Məmməd Nəcəfov; Ariz Hüseynov. 4 ay davam edən ?Muğam müsabiqəsi?2011?in final gecəsində münsiflər heyətinin yekdil qərarı ilə Mirələm Mirələmov və Səbinə Ərəbli birinci yerə layiq görülüblər. Məmməd Nəcəfov, Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar Şabanova üçüncü yeri tutublar. ?Muğam televiziya müsabiqəsi 2011? Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilirdi. Xatırladaq ki, ?Muğam televiziya müsabiqəsi 2011?də 20 iştirakçı çıxış edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA